mobil versiya

İran millisinin DÇ-2026-da iştirakı Trampa maraqlı deyil



ABŞ-nin prezidenti Donald Tramp İran millisinin 2026-cı il dünya çempionatına qatılmaqdan imtina edə biləcəyi ehtimalına münasibət bildirib.

“Politico” xəbər verir ki, Tramp bu məsələyə sərt reaksiya verərək, İran millisinin mundialda oynayıb-oynamamasının onun üçün fərq etmədiyini vurğulayıb.

ABŞ hazırda İrana qarşı hərbi əməliyyatlara başlayıb və regionda gərginlik davam edir. Bu fonda İran millisinin turnirdə iştirakı ilə bağlı müxtəlif ehtimallar səsləndirilir.
2026-cı il dünya çempionatı Şimali Amerikada keçiriləcək. Turnirə üç ölkə – ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək. İran yığması mundialın iştirakçıları sırasındadır.
Hazırda dünya çempionu statusunu Argentina millisi daşıyır. Cənubi Amerika təmsilçisi 2022-ci il mundialının finalında Fransa millisini məğlub edərək, titula sahib çıxmışdı.

Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: 4-03-2026, 12:33