Aİ-da kifayət qədər neft və qaz var, lakin...

Aİ Komissiyası bildirib ki, Yaxın Şərqdəki müharibə səbəbindən təchizat zəncirlərinin pozulmasına baxmayaraq, Aİ üzv dövlətlərində kifayət qədər neft və qaz ehtiyatı var.
Aİ Komissiyasının sözçüsü Anna-Kaisa İtkonen Brüsseldə jurnalistlərə bildirib ki, "Biz təchizat təhlükəsizliyindən daha az, yüksək enerji qiymətlərindən daha çox narahatıq".
O, AB üzvlərinin 90 günə qədər davam edə biləcək neft və ya ekvivalent ehtiyatlarının olduğunu və hər hansı bir fövqəladə vəziyyət əlamətinin olmadığını bildirib.
İtkonen G7 ölkələrinin bazar ertəsi günü keçiriləcək görüşdə strateji ehtiyatların mümkün buraxılışını müzakirə edəcəyini təsdiqləyib.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 9-03-2026, 16:33



























