mobil versiya

Vinisiusdan “Malyorka”nın futbolçusuna: “Səni öldürəcəm”


“Malyorka”nın müdafiəçisi Pablo Maffeo ilə “Real”ın hücumçusu Vinisius Junior arasında La Liqa matçında gərgin anlar yaşanıb və qarşılıqlı sərt ifadələr olub.
Hadisə “Real” və “Malyorka” komandaları arasında keçirilən oyunda qeydə alınıb.

“Movistar” yayımının kameraları Vinisiusun toqquşmadan yayınaraq Maffeoya yaxınlaşıb ona “səni öldürəcəm” dediyi anı da lentə alıb.
Digər epizodda isə Maffeo braziliyalı futbolçunu itələyərək “səndə nə problem var?” deyib və sarı vərəqə ilə cəzalandırılıb. Daha sonra müdafiəçi rəqibinə “əsəbiləşmə, ağlayan kimisən” sözlərini də söyləyib.
“Malyorka” “Real”ı 2:1 hesabı ilə məğlub edib. Oyundan sonra gərginlik davam edib: Maffeo Vinisiusu lağ edən jestlərlə ələ salıb, hətta onu çox danışmaqda ittiham edib. (Komanda.az)


Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: 7-04-2026, 16:02