İran bu ölkələrdən kompensasiya tələb edib

İran ABŞ və İsrailin hücumlarında “müharibədə iştirak” ittihamı ilə 5 ərəb ölkəsindən kompensasiya tələb edib.
Bu barədə “Tasnim” agentliyi məlumat yayıb.
Söhbət Bəhreyn, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyadan gedir. İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İravani bildirib ki, bu ölkələr ərazilərinin İran İslam Respublikasına qarşı istifadə olunmasına imkan verməklə öhdəliklərini pozub.
Eyni zamanda, İran rəsmiləri “RIA Novosti” agentliyinə bildirilib ki, ABŞ və İsrailin bombardmanları nəticəsində ölkəyə dəymiş zərərin həcmi 270 milyard ABŞ dolları təşkil edir.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: 14-04-2026, 09:14



























