mobil versiya

Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq



Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq.

Bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

Onun sözlərinə görə, hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75 %-dir.
"Bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir. Əsas tikinti işləri artıq yerinə yetirilib".

Reportyor.az 


KARUSEL / İQTİSADİYYAT
Tarix: 16-04-2026, 15:29