mobil versiya

Azərbaycanda duru yağ istehsalı artıb, kərə yağı istehsalı isə azalıb


Azərbaycanda duru yağ istehsalı artıb, kərə yağı istehsalı isə azalıb

Bu ilin I rübündə Azərbaycanda 13 min 919,9 ton duru bitki yağı, 5 min 918,9 ton kərə yağı istehsal edilib.

Dövlət Statistika Komitəsi xəbər verir ki, duru yağlarının istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 24,2% artıb, kərə yağlarının istehsalı isə, əksinə, 8% azalıb.
Aprel ayının 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır duru bitki yağı ehtiyatı 2 810,3 ton, kərə yağı ehtiyatı isə 62,1 ton təşkil edib.
Hesabat dövründə ölkədə marqarin istehsalı 2025-ci ilin yanvar-mart aylarına nisbətən 52,1 faiz azalaraq 6 278,2 ton təşkil edib.
Qeyd edək ki, hesabat dövründə ölkəyə, ümumilikdə, 36 168.80 ABŞ dolları dəyərində 5 717.03 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal olunub. Bir kiloqram kərə yağının orta hesabla qiyməti 10.8 manat (6.33 dollar) təşkil edib.
Yanvar-fevral ayının statistikasına görə, Azərbaycana kərə yağı ən çox İran (1 782 ton), Səudiyyə Ərəbistanı (363 ton), Belarus (509,7 ton) və Ukraynadan (259 ton) idxal edilir.
Onu da qeyd edək ki, I rübdə Azərbaycanda 947,5 min dekalitr həcmində ( 1dkl=10 litr ) meyvə və tərəvəz şirələri, 38 111,6 ton meyvə-tərəvəz konservləri, 12 905,8 ton pendir və kəsmik istehsal olunub ki, bu da əvvəlki ilin yanvar-mart ayları ilə müqayisədə müvafiq olaraq, 13,2%, 8,6%, və 0,4% azdır. (Apa)

Reportyor.az 




KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 15:19