Modriç 14-cü dəfə ilin futbolçusu seçilib

Bu barədə “qırmızı-qaralar”ın mətbuat xidməti məlumat yayıb.
40 yaşlı futbolçu karyerasında 14-cü dəfə bu mükafata layiq görülüb. O, həmçinin, ardıcıl 10-cu dəfə ölkəsinin ən yaxşı futbolçusu seçilməklə diqqət çəkib. Mükafat artıq Xorvatiya Futbol Federasiyası tərəfindən oyunçuya təqdim olunub.
Modriç 2025/26 mövsümündə klub səviyyəsində bütün turnirlərdə 35 oyunda iştirak edib, 2 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Milan”la müqaviləsinin müddəti 30 iyun 2026-cı ilə qədərdir.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:52


























