Pakistan səfirliyində "Haqq Savaşı"nın bir illiyinə həsr olunan tədbir keçirilib

Pakistanın Azərbaycandakı səfirliyində "Haqq Savaşı"nın (Marka-e-Haq) bir illiyinə həsr olunan tədbir keçirilib.
Tədbirdə çıxış edən Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin deyib ki, bu, sadəcə təqvimdəki adi bir tarix deyil; bu, cəsarət, birlik və sarsılmaz qətiyyət hekayəsidir. Hər bir əsgərin möhkəm dayandığı və hər bir vətəndaşın onların arxasında durduğu bir hekayədir: "Hindistanın Pakistana qarşı hücumlarına effektiv şəkildə qarşı çıxdığımız bir vaxtda Azərbaycanlı qardaş və bacılarımızın Pakistanlı qardaş və bacıları ilə çiyin-çiyinə dayandığını görmək qürurverici bir an idi".

Onun sözlərinə görə, BMT Nizamnaməsinə uyğun olaraq hərəkət edən Pakistan, Pakistan Müdafiə Qüvvələrinin rəisi, Feldmarşal Asim Munirin rəhbərliyi altında özünümüdafiə hüququnu tətbiq edib.

Diplomat deyib ki, Pakistan sülh tərəfdarıdır, lakin heç vaxt öz ləyaqəti, suverenliyi, ərazi bütövlüyü və siyasi müstəqilliyi ilə bağlı güzəştə getməyəcək.

Qasım Mohiuddin sonda bildirib ki, Pakistan hökuməti və xalqı Azərbaycanın Hindistanın nəzarəti altında olan Cammu və Kəşmirdə, eləcə də ötən il Hindistanın Pakistana qarşı təcavüzünə qarşı prinsipial mənəvi və diplomatik dəstəyini çox yüksək qiymətləndirir.


Reportyor.az
KARUSEL / SİYASƏT
Tarix: 11-05-2026, 10:00



























