“Real” Enzo Fernandeslə bağlı bəyanat yayıb

Madrid təmsilçisi rəsmi saytı vasitəsilə yaydığı açıqlamada argentinalı futbolçunun transferi ilə bağlı aparıldığı iddia edilən danışıqları qəti şəkildə təkzib edib.
Bəyanatda bildirilib ki, “Real” Fernandesin transferi üçün hansısa təşəbbüs göstərməyib:
“Son günlər yayılan məlumatlarla əlaqədar bildiririk ki, Enzo Fernandesin transferi üçün nə birbaşa, nə də dolayı yolla hansısa addım atmamışıq. “Real”ın adıçəkilən futbolçunu transfer etmək niyyəti yoxdur. “Çelsi”yə hörmət əlaməti olaraq bu iddiaları qəti şəkildə təkzib etməyi vacib hesab edirik. Yayılan məlumatlar tamamilə əsassızdır və azarkeşləri çaşdırır. Həqiqətə uyğun olmayan xəbərlərin yayılmasından təəssüf edirik”.
Daha əvvəl yayılan xəbərlərdə Fernandesin “Real”a keçməyə müsbət yanaşdığı və bu istəyini artıq “Çelsi” rəhbərliyinə çatdırdığı iddia olunmuşdu. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 13:04


























