mobil versiya

Qətər və Hindistan iqtisadiyyatı dəstəkləmək və inkişaf etdirmək yolları müzakirə edib






Qətər Dövlətinin Baş nazir və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman bin Casim Əl-Tani Dohada Hindistan Respublikasının xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşüb.

Yerli mətbuatın xəbərinə görə, görüş zamanı ikitərəfli münasibətlər və onları, xüsusən də iqtisadiyyatı dəstəkləmək və inkişaf etdirmək yolları müzakirə edilib.

Həmçinin regional inkişaflar, onların qlobal iqtisadiyyata və enerji bazarlarına təsiri, eləcə də ortaq maraq doğuran bir sıra digər məsələlərə toxunub. Hər iki tərəf mübahisələrin və münaqişələrin dialoq və diplomatik vasitələrlə həllinin vacibliyini vurğulayıb ki, bu da regional və beynəlxalq səviyyələrdə təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verir. Onlar iki ölkə arasında birgə iş mexanizmlərini və ikitərəfli komitələri aktivləşdirməklə Qətər Dövləti və Hindistan Respublikası üçün bir sıra prioritet məsələlər üzrə əməkdaşlığın gücləndirilməsinə davam etmək barədə razılığa gəliblər.


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 15:04