mobil versiya

Karen Qriqoryan Ermənistanın Pakistandakı səfiri təyin edilib





Ermənistan Prezidenti Vahaqn Xaçaturyanın fərmanı ilə Karen Qriqoryan Ermənistan Respublikasının Pakistandakı səfiri (eyni zamanda) təyin edilib.

Bi barədə "Armenpress" məlumat verir.

"Baş nazirin təklifi əsasında, Konstitusiyanın 132-ci maddəsinin 1-ci hissəsinin 2-ci bəndinə, eləcə də Diplomatik Xidmət haqqında Qanunun 13-cü maddəsinin 3-cü hissəsinə və 14-cü maddəsinə uyğun olaraq, Ermənistan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki fövqəladə və səlahiyyətli səfiri Karen Qriqoryan Ermənistan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri (iqamətgahı Əbu-Dabidə) təyin edilib".


Reportyor.az 



KARUSEL / DÜNYA
Tarix: Bu gün, 16:13