Misir Mədəniyyət Mərkəzinin rəhbəri Dövlət Rəssamlıq Akademiyasında olub

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzi Azərbaycanda təhsil müəssisələri arasında əməkdaşlığa böyük önəm verir.
Bu çərçivədə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Prof. Dr. Tarek Aboul Fotouh Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını ziyarət edib.

Ziyarətin məqsədi iki ölkə arasındakı mədəni, akademik və incəsənət sahələrindəki əməkdaşlığın gücləndirilməsi, eləcə də akademik və bədii təcrübə mübadiləsi üzrə tərəfdaşlıq proqramlarının genişləndirilməsi olub.

Akademiyanın rektor və prorektorları ilə görüşdən sonra mərkəzin direktoru akademiyanın müxtəlif fakültə, şöbə və sərgi zalları ilə tanış olub.

Reportyor.az
KARUSEL / MƏDƏNİYYƏT
Tarix: Bu gün, 17:54


























