mobil versiya

Moskvada Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında danışıqlar keçirilir




Moskvada, Rusiya Xarici İşlər Nazirliyinin Qəbullar Evində Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramovla Sergey Lavrov arasında danışıqlar keçirilir.

Görüş nazir Ceyhun Bayramovun Rusiyaya rəsmi səfəri çərçivəsində baş tutur.
Görüşdə Rusiya-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, ikitərəfli əməkdaşlıq məsələləri müzakirə ediləcək, həmçinin regional və beynəlxalq gündəliyin aktual məsələləri ilə bağlı fikir mübadiləsi aparılacaq.
Danışıqların yekununda nazirlərin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub. (Azərtac)

Reportyor.az 





KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 13:34