mobil versiya

“Sabah” bu gün Danimarkada “Orhus”la qarşılaşacaq



“Sabah” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün Danimarkada “Orhus”la qarşılaşacaq.

Oyun saat 20:30-da Ranners stadionunda start götürəcək. Qarşılaşmanı sloveniyalı FİFA referisi Rade Obrenoviç idarə edəcək.
Komandalar arasında cavab matçı avqustun 11-də, saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq.

Reportyor.az 
KARUSEL / İDMAN
Tarix: Bu gün, 11:32