mobil versiya

Neymar Messi ilə komanda yoldaşı ola bilər





“Santos”un hücumçusu Neymarın klubundan ayrılmağa yaxın olduğu bildirilir.

“Marca” xəbər verir ki, klub rəhbərliyi futbolçunun münasibətindən narazıdır. Neymarın tez-tez məşqləri buraxdığı, məşqlərə qatıldığı zaman isə bəzən onları vaxtından əvvəl tərk etdiyi söylənilir.
32 yaşlı futbolçunun “Santos”la müqaviləsinin müddəti ilin sonunda başa çatacaq. Tərəflərin yeni sözləşmə imzalaması isə hazırda real görünmür.
İspaniya nəşri həmçinin, Neymarın ABŞ-nin “İnter Mayami” klubuna keçidlə maraqlandığını yazır. MLS təmsilçisində onun “Barselona”dan sabiq komanda yoldaşları Lionel Messi və Luis Suares çıxış edir.
Braziliyalı forvard Messi ilə “Barselona” və PSJ-də birlikdə oynayıb. Onun “İnter Mayami”yə mümkün keçidi Messi və Suareslə yenidən eyni komandada çıxış etməsinə şərait yarada bilər.

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:44