mobil versiya

Azərbaycan Polşaya yeni səfir təyin edib




Nərgiz Akif qızı Qurbanova Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. 


Fuad Eldar oğlu İsgəndərov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağrılıb. Prezident bununla bağlı Sərəncam imzalayıb. İlham Əliyev imzaladığı digər Sərəncamla Fuad İsgəndərov Azərbaycan Respublikasının Polşa Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.


Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri, eyni zamanda Azərbaycan Respublikasının Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifələrindən geri çağırılsın. Dövlət başçısı bununla bağlı Sərəncam imzalayıb. 

Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının Belçika Krallığında, eyni zamanda Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı vəzifələrindən geri çağrılıb. Prezident bununla bağlı Sərəncam imzalayıb. 
Ölkə başçısının imzaladığı digər Sərəncamla Məmməd Bahəddin oğlu Əhmədzadə Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.



Reportyor.az 






KARUSEL / SİYASƏT
Tarix: Bu gün, 14:20