mobil versiya

Azərbaycanda VAR sisteminə türkiyəli mütəxəssis rəhbərlik edəcək





Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) yeni mövsüm öncəsi VAR heyətində dəyişiklik edib.

Yeni mövsümdən etibarən türkiyəli mütəxəssis Murat İlqaz Azərbaycanda VAR sisteminin direktoru kimi fəaliyyət göstərəcək.

Mütəxəssis bu sahədə UEFA Match Observer, UEFA Video Spotter və UEFA VAR Instructor kimi üç fərqli dərəcəyə sahibdir.
Murat İlqaz 1982–2002-ci illərdə Türkiyədə hakimlik edib. Daha sonra Türkiyə Futbol Federasiyasının Mərkəzi Hakimlər Komitəsində müxtəlif vəzifələrdə çalışıb, VAR koordinatoru və MHK sədr müavini kimi fəaliyyət göstərərək, ölkədə VAR sisteminin qurulması və inkişafında mühüm rol oynayıb. (Komanda.az)

Reportyor.az 




KARUSEL / İDMAN
Tarix: Bu gün, 14:07