mobil versiya

2020-ci ildən sonra Naxçıvanda əhalinin elektrik enerjisi istehlakı 16 faiz artıb




Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Azərbaycan Prezidenti Naxçıvanda görülən işlər ilə tanış olub və bir sıra vacib dövlət obyektlərinin təməlqoyma mərasimində iştirak edib. Cənab Prezidentinin Naxçıvanda Azərbaycan Televiziyasına müsahibəsində qeyd etdiyi strateji məqamlardan biri də enerji təhlükəsizliyi və elektrik enerjisi ixracatı ilə bağlı idi

Hazırda Naxçıvanda əhalinin illik təbii qaz istehlakı 127 milyon kub metr, elektrik enerjisi sərfiyyatı isə 147 milyon kVt-saatdır. 2020-ci ildən sonra Naxçıvanda əhalinin elektrik enerjisi istehlakı 16 faiz artıb. Bu isə, Naxçıvanda enerji təhlükəsizliyinin güclənməsi ilə yanaşı, iqtisadiyyatın inkişafı nəticəsində enerji tələbinin artması ilə bağlıdır. Belə ki, əhali ilə yanaşı, iqtisadiyyatın da enerji istehlakında artım müşahidə olunur. Hazırda Naxçıvanda 130 sənaye müəssisəsi fəaliyyət göstərir. 2020-ci ildə bu göstərici 109 idi. Bu o deməkdir ki, son 5 ildə Naxçıvanda fəaliyyət göstərən sənaye müəssisələrinin sayı 20 faiz artıb.

Zəngəzur dəhlizinin və eləcə də TRİPP-in istifadəyə verilməsi uzun  müddət blokada şəraitində yaşayan Naxçıvanın strateji mövqeyini daha da gücləndirəcək. Belə ki, yeni mərhələdə Naxçıvan vasitəsi ilə yalnız ənənəvi məhsulların deyil, eləcə də elektrik enerjisinin də ixracatı mümkün olacaq. Destinasiya isə Avropa İttifaqıdır. Bu isə Avropada Azərbaycan işığının yanması demək olacaq.


Vüqar Bayramov 
Milli Məclisin üzvü

Reportyor.az 







KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 11:06