Hollandiyada məktəbli uşaqları daşıyan avtobus qəzaya düşüb

Hollandiya polisi bildirib ki, bazar ertəsi günü səhər saatlarında Hollandiyanın şərqində baş verən avtobus qəzasında çoxlu sayda insan yaralanıb.
Polis sözçüsünün sözlərinə görə, avtobusda çoxlu sayda məktəbli də daxil olmaqla təxminən 50 nəfər olub. Avtobus Amsterdamdan təxminən 100 km (62 mil) şərqdə, səhər saat 4:00 radələrində (02:00 GMT) mikroavtobusla toqquşma nəticəsində qəzaya uğrayıb.
Qəzada xəsarət alanların dəqiq sayı məlum deyil, lakin ölənlər barədə məlumat verilməyib.
Polis sərnişinlərin vətəndaşlığını dəqiqləşdirə bilməyib.
Qəzadan sonra A28 magistral yolu hər iki istiqamətdə bağlanıb.
Reportyor.az
KARUSEL / DÜNYA
Tarix: Bu gün, 10:53


























