Müstəqilliyin 35 ilində Tacikistanda taxıl istehsalı altı dəfə artıb

Müstəqillik dövründə Tacikistanda taxıl məhsuldarlığı 1,4 milyon ton artıb.
Tacikistan Respublikasının Kənd Təsərrüfatı Nazirliyindən yerli mediaya verilən məlumata görə, 2025-ci ildə ölkədə 1,7 milyon ton taxıl istehsal olunub ki, bu da 1991-ci illə müqayisədə 1,4 milyon ton və ya altı dəfə çoxdur.
Statistikaya görə, 2025-ci ildə ölkədə taxıl əkinlərinin sahəsi 375.709 hektar təşkil edib, 250.044 hektar sahədə buğda əkilib.
2025-ci ildə Tacikistanda buğda istehsalı 811.000 tona çatıb ki, bu da 1991-ci illə müqayisədə 662.000 ton və ya 5,4 dəfə çoxdur.
Reportyor.az
KARUSEL / İQTİSADİYYAT
Tarix: Bu gün, 17:04


























