Tamaşaçı rekordu ilə əlamətdar olan tur

Peşəkar Futbol Liqası xəbər verir ki, “Kəpəz” – “Turan Tovuz” qarşılaşmasını (1:0) 13500 izləyici seyr edib.
Bu, həm cari mövsümün rekordu, həm də son 10 turnir üçün 2-ci göstəricidir.
Son 10 ildə Premyer Liqada yalnız bir oyunda daha çox tamaşaçı qeydə alınıb. Ötən mövsümün “Qarabağ” – “Sabah” matçını 17338 seyrçi tamaşa edib. Həmin oyun Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.
Təxminən 3 ildən sonra Premyer Liqa matçına ev sahibliyi edən Gəncə şəhər stadionu üçün turnirdə son 10 mövsümün rekordu qeydə alınıb. Bu arenada daha çox izləyici sonuncu dəfə 2016/2017 mövsümündə olub. Bu, 2016-cı il sentyabrın 25-də “Qarabağ”la qarşılaşmaya təsadüf edib – 14238 tamaşaçı. (Komanda.az)
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:36


























