mobil versiya

“Çelsi” onu 140 milyon avrodan aşağı qiymətə satmaq istəmir






“Çelsi”nin yarımmüdafiəçisi Enzo Fernandes “Mançester Siti”yə mümkün transferi ilə bağlı xəbərlərin fonunda ikinci oyunda da meydana çıxmayıb.

Daha əvvəl “Mançester Siti”nin 25 yaşlı futbolçu ilə şəxsi müqavilənin şərtlərini razılaşdırdığı barədə məlumat yayılmışdı.

Sky Sports” xəbər verir ki, “Çelsi” artıq Fernandes üçün “Mançester Siti”dən rəsmi təklif alıb. İngiltərədə transfer pəncərəsinin bağlanmasına isə cəmi bir gün qalıb. Transfer dönəmi sentyabrın 1-də başa çatacaq.
London təmsilçisi argentinalı futbolçunun “Mançester Siti”yə keçidinə qarşı deyil. Ancaq klub yarımmüdafiəçini yalnız 140 milyon avroluq təklif qarşılığında buraxmağa hazırdır. “Transfermarkt” portalı isə Fernandesin dəyərini 100 milyon avro qiymətləndirir. (Komanda.az)


Reportyor.az 



KARUSEL / İDMAN
Tarix: Bu gün, 10:50