Argentinalı futbolçunun qiyməti 164 milyon avrodur

“Çelsi” yarımmüdafiəçisi Enzo Fernandeslə bağlı “Mançester Siti”yə qiymətini açıqlayıb.
“Topskills Sports UK”-yə istinadən xəbər verir ki, London klubu 25 yaşlı futbolçunu 164 milyon avroya satmağa hazırdır.
Fernandes hələ də “Mançester Siti”yə keçməkdə maraqlıdır. Ancaq argentinalı futbolçu transferin reallaşması üçün xüsusi addımlar atmaq niyyətində deyil. “Şəhərlilər” isə Fernandesin transferini nəzərdən keçirməzdən əvvəl heyətdəki futbolçulardan ən azı birini satmağı planlaşdırır.
Enzo Fernandes ötən mövsüm bütün turnirlərdə 54 oyuna çıxıb, 15 qol vurub və 7 məhsuldar ötürmə verib.
Reportyor.az
KARUSEL / İDMAN
Tarix: Bu gün, 12:37


























