mobil versiya

İlham Əliyevin sosial şəbəkə hesablarında Hindistanın Baş naziri ilə Bişkekdə görüşünə dair paylaşım edilib



Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də Qırğız Respublikasının paytaxtı Bişkek şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə Görüşü çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə görüşüb.

Bu barədə Prezident İlham Əliyevin “X” sosial şəbəkə hesabında bildirilib.

“Bişkekdə keçirilən ŞƏT Zirvə Görüşü çərçivəsində Baş nazir Narendra Modi ilə ikitərəfli gündəliyimizlə bağlı fikir mübadiləsi apardıq”, - deyə Azərbaycan Prezidenti paylaşımında qeyd edib.






Reportyor.az 


KARUSEL / SİYASƏT
Tarix: Dünən, 17:48