Rövşən Əkbərovun məhkəməsinin vaxtı açıqlandı
Həbsdə olan sabiq birlik komandiri, general Rövşən Əkbərovun barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.
REPORYOR.AZ Trend-ə istinadən xəbər verir ki, cinayət işi üzrə məhkəmənin hazırlıq iclası iyulun 16-na təyin olunub.
Rövşən Əkbərovun cinayət işi üzrə ibtidai istintaq ötən həftə yekunlaşdırılıb və baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Cinayət işinə hakim Həbib Həsənovun sədrliyi ilə baxılacaq.
Xatırladaq ki, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 5-07-2021, 13:21