mobil versiya

Bərdədə şok olay: Qadın evində saxladığı kişi ilə qızını zəncirlədi - TƏFƏRRÜAT




Bərdə rayonunda 1985-ci il təvəllüdlü Əkbər qeyri-rəsmi nikahda yaşadığı 1991-ci il təvəllüdlü Nigarla (adlar şərti verilib – red.) azyaşlı uşaqlarına işgəncə veriblər.

Musavat.com“teleqraf.com”a istinadən xəbər verir ki, Əkbər 22 iyul 2021-ci ildə, saat 11 radələrində qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Nigarın yetkinlik yaşına çatmayan övladı, 2003-cü il təvəllüdlü Ramellanın hər gün axşamlar evə gec gəlməsini bəhanə edib, onu tərbiyələndirmək məqsədilə saçından tutaraq sanitar qovşağa gətirib.

Əkbər orada daşla Ramellanın baş nahiyəsinə, yumruqlarla qarın və sinə nahiyələrinə zərbələr vurub. Sonra Nigarla birlikdə Ramellanı ayaqlarından zəncirlə bağlayıb, orada ona işgəncə veriblər.

İstintaq orqanı tərəfindən Əkbər və Nigarın barəsində Cinayət Məcəlləsinin 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə), 145.2.3-cü (yetkinlik yaşına çatmayan şəxsi qanunsuz azadlıqdan məhrum etmə) və 145.2.4-cü (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əkbər ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, iyulun 22-də təxminən saat 14-15 radələrində Nigarın anası Yetəri kiçik qızı Baharla birlikdə Mingəçevir şəhərinə yola salmaq üçün Bərdə avtovağzalına aparıb:

“Yetəri avtovağzaldan yola saldıqdan sonra birbaşa evə qayıtdım. Nigarla evdən çıxarkən Məhbubəni evdə qoyduq, otağın qapısını evi tərk edə bilməsin deyə kilidlədik.

Biz evdən getdik, bir qədər sonra geri qayıtdıq. Nigar qapının kilidini açan kimi Məhbubə otaqdan çıxdı, aşağı mərtəbəyə düşdü. Məhbubə qonşuluqdakı Nərminə adlı qadınla mübahisə etdiyi üçün Nigar onu evə gətirdi, otaqda döyməyə başladı”.

Əkbər bildirib ki, həmin vaxt Məhbubə əli ilə anası Nigarı vurub:
MANŞET / SON XƏBƏR / BANNER / KARUSEL
Tarix: 10-01-2022, 18:04