mobil versiya

DAVİD BABAYAN KÖNÜLLÜ OLARAQ AZƏRBAYCANA TƏSLİM OLDU - Şuşaya gəlib



Qondarma "artsax" "prezidenti"nin müşaviri David Babayan könüllü olaraq Azərbaycan dövlətinə təslim olub.
"AzPolitika.info" xəbər verir ki, bu barədə özü açıqlama yayıb.
O bildirib ki, Xankəndidən Şuşaya gəlib:  "Hamınız bilirsiniz ki, mən Azərbaycanın qara siyahısına düşmüşəm və Azərbaycan tərəfi müvafiq araşdırma aparılması üçün mənim Bakıya gəlməyimi tələb edib. Bu gün "stepanakert"dən Şuşaya getmək qərarına gəldim. Bu qərar, təbii ki, ilk növbədə yaxınlarıma böyük ağrı, narahatlıq və stress yaşadacaq, amma əminəm ki, onlar məni başa düşəcəklər. Mənim peyda olmamağım, daha da pisi, qaçmağım səbirli xalqımıza, bir çox insanlara ciddi ziyan vuracaq və mən vicdanlı bir insan, zəhmətkeş, vətənpərvər və xristian olaraq buna yol verə bilmərəm”.
Xatırladaq ki, Ermənistanın “Hraparak” qəzeti bir neçə gün əvvəl Azərbaycanın separatçı qurumun rəhbərləri və Azərbaycana qarşı cinayət törətmiş şəxslərin siyahısını Qarabağdakı ermənilərin nümayəndələrinə təqdim edib və onların təslim edilməsini tələb edib. 

MANŞET / KARUSEL / GÜNDƏM
Tarix: 28-09-2023, 10:38