mobil versiya

Könüllü təslim olanlar 10 ilədək həbs cəzasına məhkum ediləcəklər


Vətənə xəyanət şübhələri olmadığı halda könüllü təslim olanlar 10 ilədək həbslə cəzalandırılacaqlar.

Bu müddəa Rusiya Federasiyasının Cinayət Məcəlləsinə (CM) dəyişikliklərdə öz əksini tapıb.

Bu dəyişikliklər bir qrup deputat (bütün fraksiyaların nümayəndələri) və senatorlar tərəfindən Dövlət Dumasına təqdim edilib.

Düzəlişlər dumanın elektron məlumat bazasında dərc olunub.

Düzəlişlərə əsasən, Cinayət Məcəlləsinə “Könüllü təslim olma” maddəsinin daxil edilməsi təklif edilir. Bu maddəyə görə isə belə bir cinayət üç ildən 10 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Eyni zamanda sənəddə qeyd olunur ki, belə cinayəti ilk dəfə törətmiş hərbi qulluqçu cinayət məsuliyyətindən azad edilə bilər. Bir şərtlə ki, azadlığa buraxılması üçün tədbirlər görsün, hərbi hissəyə və ya xidməti yerinə qayıtsın və əsirlikdə olduğu müddətdə digər hallar üzrə qanun pozuntusuna yol verməsin.

Mənbə: TASS

DÜNYA
Tarix: 21-09-2022, 13:34