mobil versiya

"Həyat yoldaşım yatan kimi telefonuna girirdim"



"Həyat yoldaşımı hədsiz çox sevirdim. Özümü atmışdım ikinci plana. Həmin ərəfədə efirə də çıxmadım ki, insanlar görməsin. Depressiyada idim".

REPORTYOR.AZ axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Xuraman Şuşalı "Xəbər-ətər" proqramında deyib. Həyat yoldaşı Elçin Məmmədovdan danışan ifaçı onu qısqandığını, hətta buna görə psixoloq yanına getdiyini açıqlayıb:

"Həyat yoldaşım yatırdı, gedirdim telefonuna girirdim. Psixoloq yanına getdim. Amma xanımlara deyirəm ki, qısqanmayın. Axtarsanız nəsə tapacaqsınız. Öz və onun həyatını məhv etməyin. Psixoloqa dedim ki, bu problemlər var, yaşaya bilmirəm: düşünürəm ki, nə edir, haradadır. Başa saldı ki, özgüvənsizlikdəndir. Hətta onun telefonuna proqram da yükləmişdim ki, güdüm".

Qeyd edək ki, Elçin və Xuraman cütlüyünün dörd övladı var.

MARAQLI / MƏDƏNİYYƏT
Tarix: 1-06-2022, 15:18