mobil versiya

Azərbaycanlı polis bu addımı ilə GÜNDƏM OLDU - VİDEO



Sosial şəbəkələrdə Bakı metrosunda lentə alınan daha bir görüntü yayılıb.

REPORTYOR.AZ xəbər verir ki, "Əhmədli" metrostansiyasında çəkilən videoda polis əməkdaşlarından biri görmə məhdudiyyətli şəxsə kömək edir.

İş vaxtının bitməsinə baxmayaraq o, sadə vətəndaşdan yardımı əsirgəmir. Ağsaqqaldan hansı tərəfə getdiyini soruşur və onun əlindən tutuaraq onu dediyi istiqamətə aparır. 

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılaraq gündəm olub. İstifadəçilər xeyirxah polisin bu addımının təqdirəlayiq olduğunu vurğulayıblar.

Videonu aparıcı Aytən Səfərova sosial şəbəkə hesabında yayımlayıb.



MARAQLI / KARUSEL / REDAKTOR SEÇİMİ
Tarix: 29-07-2022, 15:30