Misirli gənc öz ölkəsinin tarixini karandaşların ucunda canlandırır
Misirin Əl-Buhayra şəhərindən olan gənc öz istedadı ilə ictimaiyyətin diqqətini öz üzərinə çəkib.
Belə ki, İbrahim Bilal ölkəsinin tarixini qələmin ucunda canlandırmağa çalışır.
O, sadə karandaşların ucuna müxtəlif forma və fiqurlar həkk edərək maraqlı əsərlər yaradır.
İ.Bilalın sözlərinə görə, o, incəsənət sahəsində heç bir xüsusi təhsil almayıb, sadəcə olaraq sosial şəbəkələrdə yaradıcı insanların işini izləyib.
“Mən hüquq fakültəsinin məzunuyam. Hüquqşünas olacaqdım, amma universiteti bitirəndə anladım ki, bu peşə ilə məşğul ola bilmərəm. Uşaqlıqdan arzuladığım sənətə müraciət etmək qərarına gəldim”, - deyə misirli istedad vurğulayıb.
Onun sözlərinə görə, bir əsər yaratmaq üçün təxminən 20-30 saat vaxt sərf etməli olur:
“Mən sənəti özünü ifadə etmək kimi görürəm. Bütün sənət növlərinin öz dəyəri var. İncəsənət özlüyündə hansısa maddi məbləğ qarşılığnda qiymətləndirilə bilməyəcək qədər böyük dəyərə malikdir”.
Mənbə: Anadolu
MARAQLI
Tarix: 30-10-2022, 12:25