mobil versiya

“Barni”nin istehsalçısı “müharibənin sponsoru” kimi tanındı



ABŞ-ın qənnadı, qida və içki şirkəti “Mondelez International” “Ukraynadakı müharibənin beynəlxalq sponsorları” siyahısına əlavə edilib.
Bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə üzrə Milli Agentliyi məlumat yayıb.
“Müharibə şəraitində şirkət nəinki Rusiya bazarında fəaliyyətini davam etdirir, həm də pərakəndə satış şəbəkələrində məhsullarını effektiv şəkildə təbliğ edir və bazara yeni məhsullar təqdim edir”, – məlumatda deyilir.
İllik gəliri 26 milyard dollara yaxın olan və dünyanın 160 ölkəsində fəaliyyət göstərən şirkətin maraqlarını Rusiya bazarında üç zavodu olan “Mon’delis Rus” MMC təmsil edir:
Şirkətin istehsal etdiyi məhsullar arasında “Yubiley”, OREO, “Ayı Barni”, TUC, “Alpen Gold” “Milka”, “Piknik” kimi məşhur brendlər var.
2022-ci ilin sonunda “Mondelez International”ın Rusiya filialının mənfəəti 339 milyon dollar, gəliri 1 milyard dollardan çox olub. Şirkət Rusiya büdcəsini 61 milyon dollardan çox vergi ilə doldurub.

MARAQLI / KARUSEL
Tarix: 26-05-2023, 12:11