Yaponiyada avtomat aparatlar haqqında nə bilirik?
Yəqin ki, Yaponiya həyatının vacib parçası olan avtomat aparatlar (vending machine-自動販売機) haqqında eşitmisiniz.
Bu gün həmin aparatlarla bağlı bəzi maraqlı məlumatları nəzərinizə çatdırmaq istərdik:
Yaponiyada ilk avtomat aparat 1888-ci ildə Yamaqata Prefekturasında bir ixtiraçı tərəfindən istifadəyə verilən tütün dispenseri idi. Yalnız 1960-cı ildən sonra müxtəlif növ məhsulların təqdim olunduğu aparatlar istehsal olunmağa başlamışdır.
Bütün Yaponiya üzrə cəmi 4 milyondan çox avtomat aparatlar vardır ki, bu da ortalama olaraq hər 30 nəfərə 1 aparat olması deməkdir.
Dünyada avtomat aparat sayına görə birinci yerdə olan ölkə ABŞ-dır. Deyilənə görə, ölkədə təxmini 7 milyon ədəd bu aparatlardan var. Lakin, adam sayına düşən aparatlara görə Yaponiya dünyada birinci yerdədir!
Bu aparatlarda sadəcə isti və soyuq içkilər deyil, sup, sendviç, onigiri, pizza kimi qida məhsullarının da satışı olur. Və hətta, təkcə qida məhsulları deyil, çətir, çanta və s. kimi gərəkli əşyaları da tapmaq mümkündür.
Yapon avtomat aparatları yüksək texnoloji həlləri tətbiq edir. Məsələn, aparatlar xüsusi sensorlarla təchiz olunub və hər hansısa məhsulun sayı azalan zaman təchizatçı şirkətə avtomatik olaraq bildiriş gedir və həmin məhsul təcili şəkildə tədarük olunmuş olur.
Məlumat Yaponiyanın Azərbaycandakı səfirliyini sosial şəbəkə hesabından götürülüb.
MARAQLI / KARUSEL
Tarix: 3-09-2024, 12:55