mobil versiya

Yaponiyada yolda gedərkən pulsuz salfetlərin paylanmasını bilirdinizmi?



Yaponiyada böyük şəhərlərdə yolda gedərkən pulsuz salfetlərin paylanmasının şahidi ola bilərsiniz. Görəsən bu nə məqsədlə edilir?

Bu barədə Yaponiyanın Azərbaycandakı səfirliyi sosial şəbəkədə məlumat paylaşıb.

Bu cür salfetlərdə adətən rəngli şəkildə reklamlar və ya hər hansısa elanlar əks olunmuş olur. 

İlk dəfə 1969-cu ildə tətbiq olunmuş bu üsul demək olar ki, Yaponiyanın özünəməxsus marketinq üsuludur.  Düşünülür ki, broşur kimi elan və ya reklam vərəqlərinin istifadə olunmadan həmin an tullandığı hallar çox olur. Lakin salfet olarsa, tam istifadə olunanadək saxlanılır. 
İnsanlar salfetdən istifadə edən zaman hər gün üz qabığında gördükləri reklam şüürlatı olaraq mənimsənilmiş olur və seçim zamanı yaddaşlarında qalan şirkəti seçməklərinə gətirib çıxara bilir. 
Son illər bu marketinq üsuluna artıq daha az rast gəlinir və şirkətlər digər çox istifadə olunan əşyalar vasitəsilə məhsullarını reklam etməyə başlayıblar. Məsələn, plastik uçiva yelpikləri, qələmlər, çantalar kimi praktik istifadə olunan məhsullar buna misal ola bilər. 

MARAQLI / KARUSEL
Tarix: 5-09-2024, 13:45