mobil versiya

Yaponiyanın qızılı payızı



Bir çox insanların Yaponiyaya səyahət üçün ən sevdikləri dövr yazda sakura çiçəklərinin açdığı dövr olsa da, Yaponiyanın qızılı payızının da çox gözəl təbiət mənzərələri ilə göz oxşayır.

Reportyor.az xəbər verir ki, Yapon dilində qızılı payız yarpaqlarına, “Kouyou” deyilir. Yaponiyada “Kouyou” əsasən 2 növə bölünür: “gingko yarpaqları”“momici”. İlk əvvəl noyabr ayından gingko ağaclarının saralmış yarpaqları göz oxşamağa başlayır və “momici” adlanan ağcaqayın ağacının qırmızımtıl payız yarpaqları adətən noyabrın sonlarından sonra müxtəlif regionlarda görünməyə başlayır.

Adətən qızıl payızın ən pik dönəmi noyabrın sonuna təsadüf etsə də, bu il havalar isti keçdiyi üçün dekabr ayının əvvəllərində olması gözlənilir.

Yaponiyanın ərazisi böyük olduğu üçün müxtəlif regionalarda müxtəlif zamanlarda olacaq. 





MARAQLI / KARUSEL
Tarix: 31-10-2024, 11:41