Türkiyədən inqilab: Elə bir peyvənd hazırlandı ki...
Türkiyə koronavirusa qarşı mübarizədə yeni peyvənd hazırlayıb.
Bu barədə Səhiyyə naziri Fahrettin Koca açıqlama verib.
O bildirib ki, "İntranazal" adlı yeni peyvənd sprey formasındadır və buruna qəbul edilir. Bu dünyada ilk sayılır. Səhiyyə nazirinin sözlərinə görə, yaxın günlərdə peyvəndin ilk sınaq mərhələsi başlayacaq. "İntranazal" ümumilikdə 3 sınaq mərhələsindən keçəcək.
Bildirilir ki, sprey formasında olan peyvəndin istehsalı asandır. Qısa müddət ərzində yüksək miqdarda peyvənd istehsal etmək mümkündür. //Metbuat.az
SAĞLAMLIQ / SON XƏBƏR / KARUSEL
Tarix: 26-03-2021, 12:10