mobil versiya

Fələstinin başçısı Almaniyada hospitala yerləşdirilib



Fələstinin dövlət başçısı Mahmud Abbas tibbi müayinədən keçmək üçün Almaniyada hospitala yerləşdirilib.

REPORTYOR.AZ xəbər verir ki, məlumatı “Newsru.co” yayıb.

Mahmud Abbas Ramallahdan Əmmana helikopterlə gətirilmişdi. Oradan isə Almaniyaya aparılıb. 85 yaşlı dövlət başçısının xəstəliyi məlum deyil. Mahmud Abbas çoxlu siqaret çəkir. O, 2018-ci ildə pnevmoniyanın ağır forması ilə hospitala yerləşdirilmişdi.

SON XƏBƏR / KARUSEL
Tarix: 6-04-2021, 15:00