mobil versiya

Maradonanın qadın paltarında görüntüləri yayıldı




Argentina millisinin sabiq futbolçusu Dieqo Maradonanın qalmaqallı görüntüləri yayılıb.

"Report" xəbər verir ki, video 1990-cı illərin əvvəlində - mərhum hücumçu İspaniya "Sevilya"sında çıxış edərkən geyim festivalı zamanı çəkilib.

Həmin görüntülərdə əfsanəvi forvard əyləncə məclisində qadın paltarında rəqs edir.

Qeyd edək ki, Dieqo Maradona ötən il noyabrın 25-də ürəktutmasından dünyasını dəyişib. O, 1992/1993 mövsümündə "Sevilya"da çıxış edib.



SON XƏBƏR / KARUSEL
Tarix: 16-04-2021, 14:24