mobil versiya

Azərbaycanda vəzifəli şəxs vəfat etdi




Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Lənkəran şəhər şöbəsinin müdiri Ağavaleh Ağayev vəfat edib.

REPORTYOR.AZ “qafqazinfo”ya istinadən xəbər verir ki, 1963-cü təvəllüdlü şöbə müdirinin ölümü qəfil baş verib. O, ötən gün ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, A. Ağayev 3 ilə yaxındır ki, sözügedən vəzifəni icra edib. Bundan əvvəl Astara Gömrük İdarəsində fəaliyyət göstərib.

2007-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə medalı" ilə təltif edilib.
SON XƏBƏR / KARUSEL / HADİSƏ
Tarix: 16-08-2021, 10:48