mobil versiya

Səfər Mehdiyevin bacısı oğlu qəfil vəfat etdi - FOTO




Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri, general-polkovnik Səfər Mehdiyevə ağır itki üz verib.

REPORTYOR.AZ-ın News24.az-a istinadən məlumatına görə, Səfər Mehdiyevin bacısı oğlu, 41 yaşlı gömrük polkovnik-leytenantı Fərman Əliyev ötən gün dünyasını dəyişib. Mərhumun axşam saatlarında ürəktutmadan vəfat etdiyi bildirilir.

O, "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.

Ailəli olan Fərman Əliyevin 3 uşağı var idi.


SON XƏBƏR / KARUSEL
Tarix: 24-06-2021, 10:57