Hərbi prokuror: “Vətən müharibəsində bəzi hərbçilərin səriştəsizliyinə görə cinayət işləri başlanılıb”
“Bəzi hərbçilərin İkinci Qarabağ müharibəsi zamanı səriştəsizliyinə görə cinayət işləri başlanılıb”.
REPORTYOR.AZ “Report”a istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev bildirib.
Onun sözlərinə görə, II Qarabağ müharibəsində əsgər və zabitlər arasında fərarilik edən kimsə olmayıb: "Bu da əslində millətin ruhundan xəbər verir".
X.Vəliyev deyib ki, II Qarabağ müharibəsində Ermənistanın törətdiyi vəhşiliklərlə bağlı açılan cinayət işlərinin bir qisminin istintaqı Hərbi Prokurorluqda gedir: “Cinayət işlərinin bəziləri Baş Prokurorluqda, digərləri isə Dövlət Təhlükəsəzliyi Xidmətində araşdırılır. Bu işin həcmi çox böyükdür. Müxtəlif istiqamətlər üzrə cinayət işi başlanılıb”.
SON XƏBƏR / KARUSEL
Tarix: 1-11-2021, 10:27