mobil versiya

DİN-dən özlərini avtomobilin altına atan dilənçilərin görüntüləri ilə bağlı - AÇIQLAMA - VİDEO


Son vaxtlar Bakıda bir qrup insan axşam saatlarında özlərini avtomobillərin altına ataraq insanları şərləyib, onlardan pul tələb edirlər.

Reportyor.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumatlar və video görüntülər yayılıb.

Məsələyə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq.

DİN-in Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev BAKU.WS-in sorğusuna cavab olaraq bildirib ki, yayılan videogörüntülər araşdırılır.

“Bu barədə məlumatlıyıq. Artıq araşdırmalara başlanılıb”, - şöbə rəisi qeyd edib.

Xatırladaq ki, sosial şəbəkələrdə paytaxt ərazisində dilənçiliklə məşğul olan şəxslərin özlərini avtomobilin altına atması ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdə həmin şəxslərin vətəndaşlar tərəfindən saxlanıldığı qeyd edilir.


SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 10-12-2021, 11:15