mobil versiya

Bakıda əri tərəfindən döyülən qadın özünü binadan atıb



Bakının Xətai rayonunda intihara cəhd hadisəsi baş verib.

REPORTYOR.AZ APA-ya istinadla xəbər verir ki, hadisə Məhəmməd Hadi küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 1991-ci il təvəllüdlü Tağıyeva Ülviyyə Əvəz qızı əri ilə yaşadıqları evdə mübahisə edib. Nəticədə qadın əri tərəfindən döyülüb. Buna görə də Ü.Tağıyeva özünü yaşadığı binanın 4-cü mərtəbəsindən yerə atıb.

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər kliniki tibbi mərkəzə çatdırılıb.

Xətai Rayon Prokurorluğunun əməkdaşları Ü.Tağıyevanın ərini saxlayıb. Araşdırma aparılır.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 16-12-2019, 10:00