mobil versiya

Anası ilə atasına işgəncə verirmiş... - Ağcabədidəki qətlin təfərrüatı




Ağcabədi rayonunda atanın oğlunu öldürməsi ilə bağlı təfərrüatlar məlum olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisəni törədən Valeh Cəfərovun qardaşı Novruz Cəfərov bildirib ki, hadisə bu gün səhər saatlarında baş verib. Gecə saatlarında sərxoş vəziyyətdə evə gələn Tural Cəfərov atasını nalayiq söyüşlərlə təhqir edib və onu öldürməklə hədələyib.

Məlumata görə, ata və oğul arasında uzun illərdir soyuq münasibət davam edib. Oğurluq etdiyinə görə bir neçə dəfə məhkumluq həyatı yaşayan 30 yaşlı Tural Cəfərov həmişə atasını və anasını döyərək işgəncələr verib. Hadisə baş verən gün Tural atasını və bacısını döyərək ağır xəsarət yetirib. Atası dəhrə ilə oğlunun üz nahiyyəsindən zərbə vuraraq onu qətlə yetirib. Hadisədən sonra 58 yaşlı Valeh Cəfərov könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub. Sağlamlığı yerində olmayan Valeh Cəfərov ruhi xəstəxanada qeydiyyatda olub.
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Tarix: 12-02-2020, 21:53