mobil versiya

Çin hakimiyyəti koronavirus barədə hər kəsi məlumatlandıran həkimə bəraət verdi - ölümündən sonra...




Çin hakimiyyəti ötən ilin dekabrında ictimaiyyəti koronavirus barədə məlumatlandıran, buna görə hakimiyyət tərəfindən “yalançı şayiələri yaymaq üstündə” cəzalandırılan oftalmoloq həkim Li Venlyan üzərindən bütün hökmləri götürüb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Xatırladaq ki, Uhan şəhərindəki xəstəxanada çalışan həkim özü fevralın əvvəlində koronavirusa yoluxaraq vəfat edib. Həmin vaxt artıq Çində on minlərlə insan infeksiyaya məruz qalmışdı.

Yalnız indi, ÇXR Ali Məhkəməsi polisin Li Venlyana qarşı hərəkətlərini tənqid edərək həkimin sözlərinə vaxtında reaksiya verilməli olduğunu bildirib. Təhqiqat çinli həkimin ictimai qayda-qanunu pozmadığı, əksinə cəsarət və qətiyyət nümayiş etdirdiyi qənaətinə gəlib.
Qeyd olunur ki, çinli həkimin faciəli şəkildə dünyadan köçməsinə görə ölkədə internet istifadəçiləri qorxmadan mərkəzi hakimiyyəti sərt şəkildə tənqid edirdilər.

Buna baxmayaraq, Li Venlyana vaxtilə reaksiya verilmədiyinə görə heç kim cavabdehlik daşımayacaq. Çin mediası həkimə qarşı sərt davranışlar sərgiləyən polislərin cəzalandırılacağını bildirir.

SON XƏBƏR / KARUSEL / GÜNDƏM / DÜNYA
Tarix: 20-03-2020, 23:14