mobil versiya

Sularda da koronavirus tapıldı - Amerikalı alimlərdən ŞOK ARAŞDIRMA/VİDEO




Tullantı sularındakı virus hissəciklərindən Kovid-19-a yoluxma sayı aşkarlana bilər.

Publika.az xəbər verir ki, ABŞ-ın “Biobot Analytics” tibbi araşdırma qurumu Massaçusets ştatındakı tullantı sularında gözləniləndən daha çox yeni tip koronavirus qalıqları tapıb.

Hesabat tibb sahəsində hələ ki, rəsmi təsdiq edilməmiş araşdırmaların dərc edildiyi “MedRxiv” saytında yer alıb.

Bildirilib ki, “Biobot Analytics” araşdırma komandası 18-25 mart tarixində Massaçusetsdə böyük bir xəstəxananın tullantı sularından qalıqların DNT-lərini götürüb və müşahidə aparıb. Beləliklə, virus hissəciklərinin neçə müxtəlif insandan gəldiyini təxmin edə biliblər.
Milli Ümumi Elmlər İnstitutu tərəfindən dəstəklənən araşdırma nəticəsində bölgədə ən az 2 min 300 nəfərin virusa yoluxduğu ortaya çxıb. Eyni tarixdə Massaçusetsdəki yoluxma faktı isə rəsmi olaraq 446 olub.

Gələcəkdə pandemiyaları ölçmək üçün istifadə oluna bilər

Massaçusets Texnologiya İnstitutu (MIT) və Harvard kimi məşhur universitetlərin araşdırmaçılarının imzası olan sənəddə tullantı su analizləri metodunun testlərin olduqca az keçirildiyi dövrdə virusun nə qədər insana yayılmış ola biləcəyinin ölçülməsi üçün istifadə edilməsi qeyd olunub.

Əlavə edilib ki, tullantı sularındakı viruslar əhali üçün risk daşımır.

Son rəqəmlərə görə, ABŞ-da 268 min 887 nəfər koronavirusa yoluxub. Onlardan 16 min 697-si dünyasını dəyişib. 25 min 928 nəfər sağalıb.



SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM
Tarix: 10-04-2020, 13:05