mobil versiya

Polis vətəndaşın həyatını xilas etdi - təşəkkür məktubu





Siyəzən polisi vətəndaşın həyatını xilas edib.

Bu barədə Reportyor.az-a Mustafayev Rövşən Mustafa oğlu məlumat verib.

O, başına gələnləri belə nəql edib:


"05 aprel 2020-ci il  tarixində Quba-Bakı magistral yolu ilə hərəkət edən zaman Siyəzən rayonu ərazisində səhhətimin pisləşdiyini görüb, avtomobilimi Siyəzən rayon xəstəxanası istiqamətinə sürmək istədim.

Karantinlə əlaqədar olaraq Siyəzən rayonunun girişində polis postu qurulmuşdu. Özümü posta güclə çatdırdım. Vəziyyətimin ağır olduğunu görən polislərdən bir nəfər məni təcili olaraq Siyəzən rayon Mərkəzi xəstəxanasına çatdırdı. Həkimlərin müayinəsindən sonra məlum oldu ki, ağır infarkt keçirmişəm. Hətta həmin polis çətinliklə tapılan dərmanlarımın alınıb gətirilməsində də öz yardımını əsirgəmədi. Öz mənəvi dəstəyini bildirərək, palatada əvvəldən sonra qədər mənimlə qalan, ad və soyadını sonradan öyrəndiyim Siyəzən rayon Polis şöbəsinin polis nəfəri İlyasov İlkin Səmədağa oğluna öz təşəkkürümü bildirirəm. Onun bu fədakarlığı olmasaydı mən bəlkə də indi həyatda deyildim.

Bu gün İlkin Səmadağa oğlu İlyasov kimi vicdanlı, namuslu polis işçilərinin olmağı vətənimizin, dövlətimizin, daxili işlər orqanlarının mənəvi qazancıdır.

Mən özümün və ailəmin adından öncə İlkin İlyasovun valideynlərinə, daha sonra şəxsən cənab general Vilayət Eyvazova və Siyəzən rayon polis şöbəsinin bütün kollektivinə minnətdarlığımı bildirirəm.

Hörmətlə: Mustafayev Rövşən Mustafa oğlu. Telefon: 050 441 41 44''

REPORTYOR.AZ



SON XƏBƏR / KARUSEL / ÖLKƏ
Baxılıb: 115 Tarix: 26-05-2020, 15:49


Şərh bildir
yenilə, əgər kod görünmürsə