mobil versiya

Mehman Hüseynovun müalicəsi üçün lazım olan vəsait toplandı



Bloger bazar ertəsindən etibarən müalicəyə başlayır

Hazırda İsveçrədə müalicə olunan bloger Mehman Hüseynov cəmiyyətə müraciət ünvanlayıb.

Musavat.com xəbər verir ki, o, müraciətini Azərbaycan cəmiyyəti ilə bağlı yaranan yanlış qənaətə münasibət bildirib: "Bu xalq heç nəyə qadir deyil. Bizim xalqdan heç nə çıxmaz. Bu millətə görə dəyməz” cümlələri deyən insanları boş verib, yola verin. Onlara qulaq asmayın. Onlar bizi ruhdan salmaq üçün, bizim vətəndaşlara şübhə ilə yanaşmaq üçün bu cür yalanlar yayırlar. Xalq parçalananda, inamsızlıq olanda, birlik həmrəylik olmayanda onu daha rahat idarə etmək olur. Məhz Azərbaycan xalqı, məhz Azərbaycan xalqının birliyi, həmrəyliyi nəticəsində mənim həyatım xilas olunmaqdadır. Xalqın birliyi, xalqın həmrəyliyi yenə öz sözünü dedi və gücünü göstərdi".

M.Hüseynov eyni zamanda 19 yanvar 2019-cu il tarixində vəzifəsindən, peşəsindən, siyasi baxışlarından asılı olmayaraq insanların birləşib öz gücünü meydanlarda, sosial şəbəkələrdə göstərdiyini və bunun nəticəsində azadlığa çıxdığını xatırladıb: "Mən azadlığa çıxdım. Bu gün tarix yenə təkrarlanır. Bu gün mən öz canımla mubarizə apara-apara Azərbaycan xalqı yenə məni tək qoymadı. Yenə də siyasətlə maraqlananlar, siyasətdən uzaq olan insanlar birləşib, həmrəy olub mənim ayağa qalxmağım üçün tələb olunan məbləği cəmi 2 günə topladı. Bu, heç kimə gəlməsin. Cəmi 2 günə tələb olunan məbləğin 98% milli pulumuzla 140.000 AZN toplandı. Bu, ilk dəfə idi Azərbaycanda. Heç bir fondun, təşkilatın dəstəyi, mudaxiləsi olmadan. Sıravi vətəndaşlar həmrəy oldular və nəticəsi ortada".

M.Hüseynov bildirdi ki, bizim birliyimiz, virtual dəstək fondumuz saytında ilk sıralarda yer alıb. Onun sözlərinə görə, İsveçrə həkimləri, xarici dostlar, təşkilatın üzvləri hamı şokdadı: "Bu, necə baş verdi? Belə bir sürəti, belə qısa bir vaxta bu məbləğin yığılmasını heç vaxt görməyiblər. Və mən bir daha öz ölkəmlə, öz xalqımla fəxr elədim. Sizlər mənə sahib çıxdınız. Mənə maddi mənəvi dəstək olanın, dua edənin hər kəsin qarşısında baş əyirəm. Bir daha hamıya göstərdiz ki, bizlər yatmamışıq, bizlər ölməmişik. Və bir daha özünüz də gördüz ki, xalq birliyi, xalq həmrləyliyi nələrə qadirdi. Minnətdaram hər birinizə".

M.Hüseynov bildirib ki, artıq bazar ertəsindən mualicəsi başlayır: "Və bu yığılan məbləğin hər bir qəpiyin hesabatını mən sizə verəcəm. Çünki bu böyük bir məsuliyyətdi və mən şəffaflığı təmin edəcəm! İndi çox rahatam və çox xoşbəxtəm. Çünki yığılan məbləğdə xalqın sevgisi dayanır və halallığı dayanır. İnşallah ayağa qalxsam, hər şey qaydasında olsa, yığılan məbləğimizdən qalıq pulumuz qalsa, həmin puldan çətin durumda olan, mualicəyə ehtiyac olan şəhid ailəsinə, və ya mubarizəsinə görə şərlənərək həbsdə olan siyasi məhbus ailələrinə versək çox yaxşı olar. Onları da unutmamalıyıq". 

Bloger sonda ona yardım edən şəxslərə bir daha təşəkkür edib: "Bir daha qeyd edim. Mənə dəstək olan hər bir kəsə, siyasi təşkilat üzvlərinə, hərəkat üzvlərinə, siyasətdən uzaq olan vətəndaşlara, gənc fəallara, tələbələrə, Avropada, Amerikada və diqər xarici ölkələrdə yaşayan soydaşlara, müəllimlərə, tarixçilərə, ziyalılara, hüquqşunaslara, vəkillərə, jurnalistlərə, bloqerlərə, həkimlərə, yazıçılara, PR işləri ilə məşğul olanlara, dizaynerlərə, musiqiçilərə, ustalara, fəhlələrə, işsiz olan amma axrıncı 1 manatını mənə göndərən şəxslər təşəkkür edirəm. Bu siyahı heçvaxt bitməyəcək, hər bir vicdanlı şərəfli insana öz təşəkkürümü bildirirəm. Sizləri çox sevirəm".
Musavat.com
SON XƏBƏR / BANNER / KARUSEL / GÜNDƏM / ÖLKƏ
Tarix: 5-06-2020, 17:33