mobil versiya

"Qanuni oğru"lar Antalyada “sxodka” keçirib




Suxumi klanının lideri Merab Djanqveladzenin təşəbbüsü ilə Türkiyənin Antalya şəhərində “sxodka” baş tutub.

BAKU.WS xəbər verir ki, bu barədə "primecrime.ru" portalı məlumat yayıb. 

Kriminal avtoritetlərin bir araya gəlməsində səbəb 67 yaşlı Zaxari Kalaşovla (“Şakro Molodoy”) bağlı müzakirənin aparılması olub.

Belə ki, toplantıda iştirak edən "qanuni oğru"lar 2000-ci illərin əvvəllərində “Şakro Molodoy"un əsassız yerə bir neçə kriminal avtoriteti adından məhrum etməsinə etiraz ediblər.

“Sxodka”da "Lotu Quli" ilə bağlı müzakirələrin getdiyi də bildirilir. 

SON XƏBƏR / KARUSEL
Tarix: 7-07-2020, 11:51