mobil versiya

“Bütün müdafiə sənayemiz Azərbaycanın əmrindədir” - Türkiyədən növbəti DƏSTƏK



Türkiyə Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir Azərbaycana dəstək açıqlaması verib.

REPORTYORA.AZ “Haber Global”a istinadən xəbər verir ki, İ.Dəmir Türkiyənin bütün müdafiə sənayesinin Azərbaycanın əmrində olduğunu bildirib.

O deyib ki, pilotsuz uçan aparatlar, raketlər, elektron HARP sistemləri və digər hərbi vasitələr Azərbaycanın əmrindədir:

“Azərbaycan ordusuna yeni sistemlər qazandırmaqla yanaşı, mövcud sistemlərin modernləşdirilməsi, təmiri və təlimləndirilməsi məsələlərində də birlikdə çalışacağıq”.

SON XƏBƏR / KARUSEL / SİYASƏT
Tarix: 17-07-2020, 13:55